"Aztelekom" MMC Sumqayıt Telekommunikasiya Qovşağında yoxlamalar aparılması ilə bağlı açıqlama yayıb.
Ednews “Aztelekom”a istinadən xəbər verir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Məlumat üçün bildirək ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır”.