Bakıda öldürülən şəxslərin adları məlum olub.
Ednews lent.az-a istinadən xəbər verir ki, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.
Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.
İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir.
Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.
Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.
***
Bakıda qətl hadisəsi olub.
Hadisə bu gün paytaxtın Nizami rayonu, "8-ci kilometr" qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki övladını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.