Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının nəticələri açıqlanıb.
Ednews xəbər verir ki, abituriyentlərə qəbul nəticələri ilə bağlı SMS-lər göndərilir.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 20-də keçirilib. İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.