Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə bir ədəd çarpayı və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Ednews-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub.