Hazırda EVRONEST-in Ermənistanda keçirilən toplantısında iştirak etmək üçün qonşu ölkədə olan Azərbaycan Milli Məclisini üzvü Tahir Mirkişili İrəvanın mərkəzindən videogörüntü paylaşıb.
Millət vəkili paylaşımına bu sözləri yazıb: "İrəvanda xal qalmadı, o xal nə xaldır... İrəvanda gəzdikcə ən çox bu mahnı nədənsə yada düşür. Su çərşənbəmiz mübarək!"