Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində inşa olunan eyni adlı metro stansiyasının bu ilin sonuna qədər hazır olması nəzərdə tutulur.
Ednews xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov səsləndirib.
Onun sözlərinə görə, "Xocəsən” stansiyasında tikinti işləri mərhələli şəkildə aparılır və birinci mərhələ üzrə işləri artıq yekunlaşmaq üzrədir:
“Tikinti işləri təkcə metropolitenin obyektləri və stansiyalarının inşası ilə tamamlanmır. Burda çox geniş mühəndis-texniki qurğular və avandalıqlar quraşdırılmalıdır ki, bu sahədə də işlər gedir. Yəqin ki, bu il tikinti işlərinin birinci mərhələsini və “Xocəsən” stansiyasının tikintisini başa çatdıracağıq”.