İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib.
Ednews xəbər verir ki, bu barədə İƏT-in bəyanatında deyilir.
“Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımın 30-cu ildönümü münasibətilə İƏT Baş katibi Hiseyn Brahim Taha 1992-ci ildə baş vermiş vəhşiliyin qurbanlarının xatirəsini yad edib" – deyə bəyanatda qeyd olunub.
İƏT Baş katibi Xocalı hadisələrinin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etməsinin nəticəsində baş verdiyini bir daha xatrladıb.