Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Ednews xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter" hesabında məlumat verib.
“Ukraynanın müdafiə qabiliyyətinin praktiki istiqamətdə gücləndirilməsi ilə bağlı addımların müzakirəsi ilə əlaqədar dostum və həmkarım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdım. Bu kritik anda Türkiyənin Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndirirəm”, - deyə ukraynalı nazir bildirib.