Ukraynada olan Azərbaycan vətəndaşlarının növbəti təxliyyəsinin baş tutacağı ilə bağlı xəbərlər var.
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzindən bildirilən məlumata görə, səhər saatlarında Xarkov şəhərindən 250 nəfərə yaxın azərbaycanlının növbəti təxliyəsi baş tutub. Ukraynanın qərbindən yola düşən iki qatarda 120 Azərbaycan vətəndaşı var və onlar təxminən 4 saatdan sonra Lvov şəhərinə çatacaqlar.
Bəs, təxliyyə olunan Azərbaycan vətəndaşları vətənə nə zaman dönəcəklər?
Məsələ ilə bağlı Xarici İşlər Naziliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ednews-ə açıqlamasında bildirib ki, təxliyyə olunan vətəndaşların Azərbaycana nə zaman gətiriləcəyi barədə hələ ki, dəqiq məlumat yoxdur. Hər hansı məlumat olacağı təqdirdə isə bu barədə dövlət qurumları və XİN-nin rəsmi saytında məlumat əldə etmək mümkün olacaq.
Qeyd edək ki, Ukraynadan Rumıniyaya təxliyə olunan 176 Azərbaycan vətəndaşı fevralın 28-də AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib.
Zeynəb Nadirova