Bu gün Təhsil Nazirliyinin brifinqi keçirilib.
Ednews xəbər verir ki, nazir Ukraynada təhsil alan azərbaycanlı tələbələrin durumundan danışıb. “Ukraynada olan tələbələrin mövcud problemləri ilə Azərbaycanın müvafiq qurumları məşğul olurlar. Ukraynada təhsil alan tələbələr Azərbaycan vətəndaşlarıdır.
Onların problemləri hazırda bütün dövlət qurumlarının diqqətindədir”.
O qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən bunlar kommunikasiya edilir. Təhsil Nazirliyi onlara dəstək verir.
Zeynəb Nadirova