Ukraynada gedən ağır döyüşlər gün keçdikcə daha da intensivləşir. 176 azərbaycanlının təxliyyə olunmasına baxmayaraq, ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız hələ də döyüşün qızğın getdiyi ərazilərdə çıxılmaz vəziyyətdədir.
Ukraynanın Odessa şəhərində yaşayan azərbaycanlı Yusif Əliyev Ednews -a bildirib ki, ailə üzvləri ilə birgə müharibənin qaynar nöqtəsində çıxılmaz vəziyyətdə qalıb.
“Ailəmiz 4 nəfərdən ibarətdir, mən, həyat yoldaşım və 2 övladım. Kiçik övladım 5 aylıqdır. Vəziyyət kritikləşməyə doğru gedir. Qidamız olmasına baxmayaraq vəziyyətin ağırlığını nəzərə alaraq artıq ondan qənaətlə istifadə etməyə çalışırıq. Çünki, sonrakı vəziyyətin necə olacağı bəlli deyil”.
O, şəhərdən təxliyyə edilmək üçün müraciət etdiyini də bildirib. Onun sözlərinə görə, dəfələrlə Azərbaycan səfirliyinə müraciət etməyinə baxmayaraq, hələ ki, məslə öz həllini tapmayıb.
“Bircə dəfə Azərbaycan diasporası kömək etməyə çalışsa da, mövcud vəziyyətdə bu mümkün olmayıb. Onlar sərhədə qədər piyada getməli olduğumuz təqdirdə bizə yardımçı ola biləcəklərini vurğuladılar. Lakin təəsüf ki, hazırki vəziyyətdə biz şəhərdə hərəkət edə bilmərik. Çünki küçələrdə döyüş gedir. Türk konsulluğuna da, müraciət etmişəm və onlardan da xəbər gözəyirəm”.
Yusif Əliyev deyir ki, əsasən gecə saatlarında döyüşlər intensivləşir. Şəhər dəniz tərəfdən desant qüvvələrin hücumuna da, məruz qalır. Ukrayna qoşunları hücümu dayandırmaq üçün bütün səylərini göstərirlər.
Zeynəb Nadirova