Rusiyanın "S7" aviaşirkəti ölkədən bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib. Həmçinin MDB ölkələrinə də reyslərə məhdudiyyətlərin qoyulduğu bildirilib. Bu barədə Rusiya mənbələrində bildirilib.
Əlavə olaraq sosil şəbəkələrdə yayılan digər məlumatlara görə Heydər Əliyev Beynəlxalq Hava Limanı (AZAL), eləcə də "Buta Airways"dən Moskvaya uçuşların dayandırıldığı qeyd olunub.
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Ednews-a məsələ ilə bağlı açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib:
"AZAL və “Buta Airways"dən Rusiyaya uçuşlar həyata keçirilir. Rusiya aviaşirkətlərinin qərarından isə xəbərim yoxdur",-deyə Paşa Kəsəmənski qeyd edib.