5-6 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Ednews Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Bildirilib ki, budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.