“Kənddən Şəhərə” yarmarkaları Düz işləməyən tərəzilər, artıq qiymət, keyfiyyətsiz mallar? - ŞİKAYƏTLƏR

Cəmiyyət 15:56 09.03.2022
Paytaxtda hər il Yeni İl və Novruz bayramı ərəfəsində ənənəvi bayram yarmarkaları keçirilir. Bu il də “Kənddən Şəhərə” adlı ilk yarmarka martın 5-6 tarixlərində baş tutub. Növbəti yarmarka martın 12-dən 19-dək olacaq.
 
“Kənddən Şəhərə” bayram yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunur.   
 
Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.
 
Lakin insanların rahatlığı və münasib qiymətlərlə alver etməyi üçün nəzərdə tutulan bu yarmarkalarla bağlı cəmiyyət arasında bəzi təzadlı fikirlər və narazılıqlar dolaşmaqdadır. Kimi qiymətlərin baha olmasını, kimi isə məhsul alarkən satıcılar tərəfindən aldanmasını iddia edir.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bu yarmarkalar effektli təşkil olunsaydı istehlakçıların maraqları baxımdan çox cəlbedici ola bilərdi. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.
 
“İki il müddətində şəhərin mərkəzi nöqtələrindən biri sayılan Nizami küçəsində “Kənddən Şəhərə” yarmarkası fəaliyyət göstərdi və sonradan bağlandı. Mən ora demək olar ki, mütəmadi baş çəkirdim və orada ən keyfiyyətsiz malların satıldığının şahidi olurdum. Hətta mənim özümə camış adı ilə mal əti satmışdılar Hətta mən bununla bağlı məsələ qaldırdım. Orda işləyən işçilər birmənalı şəkildə ticarət qaydalarını bilməyən insanlardan ibarət idi. Əsasən də məhsullar sahibkar tərəfindən satılmırdı, lakin yarmarkanın adı “Kənddən Şəhərə” adlanırdı”.
 
 
AİB sədri həmçinin qeyd edib ki, digər yerlərdə olan yarmarkalarla bağlı quruma daim zənglər gəlir.
 
“İstehlakçı şikayətləri içində tərəzilərin düz işləməməsi, artıq qiymət, malların təhlükəsizliyinin təmin olunmaması məsələləri də var. Bir çox ölkələrdə yarmarkalar görmüşəm. Bu əhalinin razı qaldığı bir yarmarka olur, lakin Azərbaycanda bunun istehlakçıları qane etməyən bir variantı baş verir. İstehsalçılardan da bizə çox sayda şikayətlər gəlir. Onlar bildirirlər ki, yarmarkaya məhsul gətirib satmağa məcbur edilirlər. Əksər hallarda arzuolunmayan malların ora gətirilməsi barədə bizə telefon zəngləri daxil olur. Yaxşı təşkil olnmuş yarmarka olsa düşünürəm ki, istehlakçıların da, dövlətin də maraqları təmin olunar. Neçə ildir bu proses gedir. Biz hələ də müasir, yaxşı yarmarka qura bilmirik”.
Ekspertin sözlərinə görə, əslində yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi deyil, bələdiyyələr təşkil etməlidir.
 
“Bunun üçün bələdiyyələr gedib rayonlarda iş aparmalı, lazımi təəsrrüfatlarla müqavilələr bağlamalı, öz ərazilərində yerlər ayırmalıdır. Bu işdə əsas bələdiyyələr fəal rol oynamalıdır. Kənd Təsərrüfatı Nazirliyi mümkün olanları edir, lakin effektli nəticələr əldə olunmur. Dövlət orqanlarının qiymətə müdaxilə etməyə ixtiyarı yoxdur. Heç kim kəndçiyə deyə bilməz ki, sən kartofu bu qiymətə sat. Bizə illər boyu daxil olan şikayətlərdə belə hallar var. Dövlət məmuru yarmarkada gəzəndə məhsulu bir qiymətə qoyurlar, o gedəndə ayrı qiymət olur. Kəndçi 5 manatlıq malını 3 manata verərmi? Məcburiyyət altında bəzən elə edirlər”.
 
E. Hüseynov əlavə olaraq qeyd edib ki, dövlət orqanlarının kənd təsərrüfatı məhsullarını satan insanlara təzyiqi sıfıra endirilməlidir.
 
“Onlar özləri seçim etməlidir yarmarkaya gəlim, yoxsa bazara gedim, yaxud alverçiyə verim. İstehlakçılar bəzən şikayət edirlər ki, yarmarkalar adi bazar qiymətlərindən baha olur. Kəndçi də istəmir ki, zərərə düşsün. Dövlət qurumlarının bu işdə əsas vəzifəsi çox rahat bir şəkildə logistika yaratmaqdır. Bu, mal istehsalçıları heç yerdə, heç kimə əlavə xərc ödəmədən məhsullarını bazara çıxarmaq imkanı verəcək”.
 
Söhbət zamanı qurumun sədri son zamanlar bazarlarda baş alıb gedən bahalıqdan da danışıb. O, bu prosesi təbii adlandırıb.
 
"Bazar tələb və təklif aksiomu ilə formalaşır, tələb artanda qiymət də artır. Lakin Azərbaycanda bir dəfə artan qiymət bir daha enmir. Bayramlarda qiymət qalxır, o cür də davam edir, gələn bayram bir də qalxır. Çox təəssüflər olsun beləcə davam edir".
 
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov bildirib ki, “Kənddən şəhərə” yarmarkası pandemiya ilə bağlı müxtəlif şərtlər yumşalandan əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının artdığı bir zamanda - Yeni İl və Novruz bayramı ərəfəsindən fəaliyyət göstərir.   
 
 
“Bu fermerlər üçün alternativ satış platformasıdır. Fermer öz məhsulunu bazarda, marketdə və qapısında da sata bilir. Bu üç yarmarkada iştirak edən fermerlərin sayı 150-dən çox olmur. Hər rayondan 3-4 fermer gələ bilər. Bu proses "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bununla bağlı portal yaradılıb. Kim məhsulunu gətirmək istəyirsə qeydiyyatdan keçir. Gənclikdəki yarmarkada pandemiya şərtlərinə uyğun olaraq ərazinin maksimum 100 nəfərlik tutumu var, 100 nəfərdən sonrakılar ehtiyatda saxlanılır”.  
 
O bildirib ki, 2000-2005 icra hakimiyyətləri tərəfindən təşkil edilən yarmarkalar dövrü bitib və indi vəziyyət başqadır.
 
“Hazırda istehsalçı heç bir xərc çəkmir. Məsələn, cənub zonasında istehsalçının naringi meyvəsi var və məhsulunu Bakıya yarmarkaya gətirməkdə nəqliyyat problemi varsa o bu barədə dərhal portalda qeyd etməlidir. Bu zaman dərhal həmin fermerin məhsulunun Bakıya pulsuz gətirilməsi təşkil olunur. Tutaq ki, 100 fermer nar məhsulunu qeydiyyatdan keçirir, biz onu çeşidliyə görə bölürük. Onlar pulsuz tərəzi, piştaxta, geyimlə təmin olunur. Qeydiyyatın 1 günün içində başa çatıması fermerin öz məhsulunu yarmarkaya çıxartmağa marağı olduğundan xəbər verir. Yer pulu almırıq, nəqliyyat dəstəyi verilir və bu maya dəyərinə təsir göstərir. Ona görə mal ucuz olur. Bu yarmarkalar yalnız 3 yerdə olmaqla supermarketlərə, bazara alternativ kimi fəaliyyət göstərir. Vətəndaş da seçimdə sərbəstdir. Yarmarkalarda keyfiyyətli orqanik məhsul alırlar. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bütün yarmarkaların önündə xüsusilə yağ-pendir, kəsilmiş heyvan, hinduşka, toyuq və s. kimi emal mallarının keyfiyyətinə nəzarət həyata keçirilir. Səyyar laboratoriyalar gündəlik həmin məhsullardan analiz götürürlər. Qiymətlərə Nazirlik qarışmır, məhsul kimindisə qiyməti də özü müəyyənləşdirir. Xərcləri üzərimizə götürməyimiz qiymətə təsir edir. Fermer maraqlıdır ki, nisbətən ucuz olsun. Amma tutaq ki, alma sortları var və onların keyfiyyətində fərq var deyə qiymətdə də bu özünü göstərir”. 
 
Gülnar Səlimova
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
Hamısı