Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ednews report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Kərimli İsmayıl Şahmalı oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin və sol bud nahiyəsinin 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. İ.Kərimli əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.