Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Cəmiyyət A- A A+
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
 
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...