"Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib".
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
Deputat fikirlərini bu cür davam etdirib:
“İcbari tibbi sığorta paketi çərçivəsində 2500-dən çox xidmət təklif olunur və bununla bağlı məmnunluq yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı bir sıra narahatlıqlar da mövcuddur. Yüksək texnologiya tələb edən əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsinə ehtiyac var”.
Vüsalə Balayeva