Bakının mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped yolunun 1,6 km hissəsi artıq yekunlaşıb.
Bu barədə Ednews-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, hazırda velosiped yollarına iki komponentli boya vurulur.
Paytaxtın Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251,2 km təşkil edəcək.