Novruzda papaq atan, fala baxan, qapı pusan MƏŞHURLAR SORĞU

Cəmiyyət 17:36 15.03.2022
Novruzun sonuncu, İlaxır çərşənbəsində istər kənd olsun, istərsə də şəhər yerində bayram adətləri həyata keçirilir. Bunlardan "fala baxmaq", "papaq atdı"nı misal çəkmək olar.  
 
Demək olar bütün çərşənbələrdə keçirilən bu ənənəvi kiçik mərasimlər maraqlı anlarla da yadda qalır.
 
Bununla bağlı Ednews-a danışan tanınmış şəxslər uşaqlıq və gənclik xatirələrini bölüşüblər. 
 
Xalq artisti Flora Kərimova deyir ki, o üzük falına heç vaxt baxmayıb, amma...
 
“Fal ilə aram yoxdur, amma bir dəfə rəhmətlik nənəm dedi – “çıx gör hansı sözü eşidirsən”. Dayımın övladı hələ olmamışdı. Beləcə qulaq falına çıxdım. Qonşu qadın - “ay oğul, ay oğul” deyəndə qaçıb nənəmə dedim ki bəs belə, dedi “həə nəvəmiz olacaq”. 
 
 
 
Psixoloq Fərqanə Mehmanqızı deyir ki, 16-17 yaşında olanda Novruz bayramında fala baxıb.
 
"O vaxt daha çox idi belə şeylər, indi maraq azalıb, qızlarım bilmir, maraqlanmırlar. Biz mikrorayonda rusların sıx olduğu məhəllədə yaşayırdıq. Amma qohum qızlarla üzük falı olurdu. Təbii ki, doğru çıxmırdı. Amma onun həyəcanı vardı. Bu həyəcan nəticə üçün deyildi, bir yerdə yığışıb deyib-gülmək daha yaddaqalan idi. Duzlu kökə yeyirdilər, gecə bir-birimizdən gizlicə su içirdik halbuki olmazdı. Bu adət ənənənin məqsədi birlikdə nələrsə etmək, insanların nəyi vardısa ortaya qoyub eyni yerdən yemək idi. İndi bir mesajla təbrik edirlər, lakin o vaxt bir yerdə şəkərbura, qoğal bişirmək vardı. Hərə bir şey gətirirdi, beləliklə hamının hər şeyi olurdu, hamı sevinirdi ona görə”. 
 
 
 
Xalq artisti Afaq Bəşirqızı deyir ki, evdə atamın xasiyyəti ağır idi deyə fala baxmaq filan olmayıb.  
 
“Amma gözəl şeydir, adət-ənənədir. Bunların heç birinə zidd getmirəm. Bəzi adamlar deyir Novruzda o nədir, keçəl nə kifirlikdədir, kosa nədir. Bu adətə lağ etməkdir, mentaliteti itirmək deməkdir. Bu bir növ elə meydan tamaşasıdır, mədəniyyətimizin o vaxtdan qalan bir qoludur. Ona görə mən bunu alqışlayıram. İndi insanlarımızın sevindiyi ən primitiv şeyə mən ali baxıram, çünki istəyirəm hamı sevinsin”.
 
 
 
Xalq yazıçısı Çingiz Abdulayev deyir ki, özü papaq atmayıb, amma...
 
“Uşaqlıqda babamın evində nənəm konfet və s. bayram nemətləri qoyurdu atılan papağa”. 
 
Yazıçı qeyd edib ki, Azərbaycanda əsas bayram bu gün - İlaxır çərşənbəsidir, amma Bakılılarda əsas bayram Novruz bayram gecəsi hesab olunur.
 
"Atam da, anam da böyük vəzifələrdə işləyiblər. Anam Həmkarlar İttifaqının sədri olub, amma Novruz bayramını həmişə qeyd edirdik. Nənəm şəkərbura, paxlava, plov hazırlayırdı. Biz bayramı iki dəfə keçirirdik. Qohumlar rayondan gəlirdi, beləcə bayramı yenidən qeyd edirdik”.
 
 
 
Xalq şairi Vahid Əziz isə bildirdi ki, kənddə hamı kimi o da papaq atıb.
 
"Kosa da görmüşəm, kəndirbaz da, papaq da atmışıq. Bir dəfə papaq atanda kənddə Təvəkkül deyə biri vardı, papağına çiy yumurta qoymuşdular, papağı batmışdı(red.-qəhqəhə çəkir).
Amma indi papaq atmırlar, çünki qapılarında kod qoyublar, heç kəsə qapı açmırlar. Pandemiya da adamları bir-birindən uzaqlaşdırdı. Papağı evdəliklərə atırıq".
 
 
 
Xalq yazıçısı Elçin Şıxlı “papaq atdı” adətinə, daha dəqiq desək onun adına fərqli münasibət bildirdi.
 
“Papaq atmağın əleyhinəyəm. Azərbaycanın üç atributu var: at, arvad və papaq. Ruslarda var papaq atmaq, amma bizdə xurcun (heybə, torba) bacadan sallayırdılar”.  
 
 
 
Ağ Partiya başqanı Tural Abbaslı isə bildirdi ki, o da uşaqkən papaq atıb. 
 
“Biz indiki Kubinka deyilən ərazidə yaşayırdıq. Evdə bizə adətən çox icazə vermirdilər papaq atmağa və s. Məhəllə uşaqları ilə xəlvəti yığışıb papaq atırdıq. Demək olar ki, evdə olan məhsullardan qoyulurdu, qeyri-adi bir şey olmurdu. Amma papağa qoyulan məhsullar daha şirin olurdu, ona qənimət kimi baxırdıq. Sonra papağın içindəkilərin bölgüsü mərhələsi başlayırdı (red.-gülür). Bizim uşaqlığımız Sovetdən müstəqilliyə keçən dövrə düşdü. Həmin vaxt Kubinkaya dırnaqarası qanunsuz xarici məhsullar gətirilirdi və oradan Bakıya yayılırdı. Papağa hansısa maraqlı şokolad və ya kanfet qoyulurdu, fərqli şeylər bizə daha maraqlı gəlirdi, şəkərbura, paxlava, yumurta ənənəvi sayılırdı.
 
Yaxşı ənənə idi, amma indi şəhərləşmə çox gedir. Təbliğat da önəmlidir. Bəzi dırnaqarası ziyalılar bu prosesi tənqid edir, "kul" görünmək üçün mövzu tapırlar, amma unudurlar ki, bir milləti fərqləndirən onun adət-ənənəsi, yaşam tərzidir”.
 
 
 
Azvision.az saytının Baş redaktoru Vüsal Məmmədov isə bildirdi ki, o son illərdə nədənsə yaz ab-havasını hiss etmir.
 
“Uşaq olanda sanki Novruz bayramında həqiqətən yaz ab-havası olurdu. Uşaqlığıma nəzərən yaz indi daha soyuq, qışa bənzər depressiv hava olur. Novruz bayramları daha yaz və bahar ovqatlı gəlirdi adama, indi isə elə deyil”. 
 
 
 
"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər isə deyir ki, uşaq vaxtı çox papaq atıb.
 
“Bir dəfə əmioğlular yığışıb papaq atırdıq, hamının papağı gəldi, mənimkindən savayı. Gözlədik gəlmədi, dedik yəqin papağın içini doldururlar. Məlum oldu ki, papaq yoxdur. Ev sahibləri qohumlarımız idi. Kənd yerlərində ki, əl-üz yuyulan yerdə kiçik su çəni olur, deməli papaq ora düşüb, ev sahibi də görməyib. Sonra sulu-sulu içinə bayram şirniyyatı doldurub yenə təhvil verdilər bizə (red.-gülür)”. 
 
 
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd etdi ki, uşaqlığını elə bu cür yaddaqalan hadisələrlə xatırlayır.
 
“Bir dəfə papaq atdıq, yarım saat gözlədik cavab gəlmədi. Getdik gördük ki, papaq da yoxdur, heç bir sovqat da qoyulmayıb, pəjmürdə olduq”(red.-gülür).
 
 
 
Gülnar Səlimova 
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Hamısı