Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncədə torpağa tapşırılıb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, əslən Kəlbəcər rayonundan olub, Gəncənin Gülüstan qəsəbəsində məskunlaşan mərhumlar - Camal Salmanov, İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət və Azər İsmayılovlar Göygöl rayonunda dəfn olunublar.
Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.
Dəfn mərasimindən fotoları təqdim edirik: