Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək

Cəmiyyət A- A A+
Novruz bayramının qeyd edildiyi günlərdə "Bakı Metropoliteni" QSC-nin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək. 
 
Bu barədə Ednews-a qurumdan bildirilib. 
 
Məlumata görə, 19-22 mart tarixlərində şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub. 
 
Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq. 
 
Sonda qeyd edək ki, martın 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək.
 
Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...