Gözəlliyə yoxsa trendə aparan YOL İdman, sağlam qidalanma və...

Cəmiyyət 16:00 25.03.2022

“Kim sevirsə idmanı bir, iki, iki, üç, dörd. Poladdan olar canı, bir, iki, üç, dörd”.

Hələ uşaq zamanından qulağımızın alışdığı bu mahnı bizi cəmiyyət olaraq idmana, sağlam həyat tərzinə və şux qamətə sahib olmağa ruhlandırıb. Lakin əksər insanlar işin çoxluğu və vaxt çatışmazlığını bəhanə edərək bu ənənəni sona qədər davam etdirə bilmir.

Pilates, yoqa, fitnes…

İdman etməyin xroniki yorğunluğun və stresin aradan qaldırılması, qan dövranının sürətlənməsi, orqanizmin gec qocalması kimi insan sağlamlığına təsir edən müsbət cəhətləri mövcuddur. Lakin, kapitalizm sayəsində başqa bir formaya bürünən gözəllik qavrayışı insanların idmana yönəlmə məqsədini dəyişdirib. Nəticədə, insanlar, xüsusilə də qadınlar digərlərindən “daha arıq və formada” görünmək üçün saatlarını idman zallarına sərf edir və uzun müddət düzgün qaydada edilməyən idmanın ciddi fəsadları ilə üzləşirlər.

Bu “uğur”a gedən yolda yalnızca idman etməklə kifayətlənməyən qadınlar və kişilər qəbul etdikləri qidalarda dəyişikliklər edərək qarşıya qoyduqları “ideal bədən”ə tez bir zamanda çatmağı hədəfləyirlər. Hamının haqqında “ekspert” qədər biliyə sahib olduğunu düşündüyü “Sağlam qidalanma” anlayışı son zamanlar gündəmi zəbt edib. Sağlam qidalandıqlarını düşünərək qidaların miqdarını azaldan və durmadan yanlış idman edənlər ən sonda insani olume götürə biləcək anoreksiya, bulimiya və s. xəstəliklərdən əziyyət çəkirlər.

Bəs, idmanla məşğul olanların niyyəti göstərişdir yoxsa sağlamlıq?

JV Fitnes mərkəzinin məşqçisi Səbinə Məhərrəmova Ednews-a açıqlamasında qadınların idmanı əsasən arıqlamaq məqsədilə etdiyini və bu məsələ ilə bağlı çox məlumatlı olmadıqlarını bildirib.

“Qadınların 90%-i arıqlamaq məqsədilə zala gəlir və bədənlərinin müəyyən nahiyələrinin formasının dəyişməsini istəyirlər. Lakin, hansısa xüsusi nahiyyədə arıqlama və ya kökəlmə olmadığından bütün bədən əzələləri eyni formada məşq olunmalıdır ki, əzələlər proporsional inkişaf etsin. Məşq edənlərin əksəriyyəti əzələlərin necə inkişaf etdiyini bilmədiyindən yanlış fikirlərə sahibdirlər və zala gəldikləri zaman onları düzgün istiqamətdə yönləndirməyə çalışırıq. İdmanla məşğul olanlar, xüsusilə də qadınlar idmanı sağlamlıq yox, göstəriş üçün edirlər”.

İdmana məhkum həyatlar…

Məşqçi idmanla yanaşı istər sağlamlıq, istərsə də ideal bədən quruluşu üçün qidalanmaya diqqət edilməsinin vacibliyini vurğulayıb.

“Sağlam olmaq üçün idmandan öncə qidalanmaya diqqət etmək lazımdır. İdman etmək isə bu işə sadəcə bir dəstəkdir. Əlbəttə, idmanla məşğul olanların olmayanlara nəzərən daha yaxşı bədən formasına sahib olduğu danılmazdır. Amma idman edərkən qidalanmaya da diqqət edilsə, o zaman bədən ideal formada olacaq. Əgər hər zaman düzgün qidalansaq, ömrümüzün sonundadək idman etməyə ehtiyac olmaz”.

“Sağlam qidalanma” anlayışının gerçək mənası…

Tanınmış qida üzrə baş mütəxəssis Ağa Salamov Ednews-a açıqlaması zamanı “sağlam qidalanma”nın insanlar tərəfindən yanlış anlaşıldığını vurğulayır.

“İnsanın doğulduğu torpaqlarda bitən təbii məhsulları düzgün və balanslı şəkildə istehlak edilməsi sağlam qidalanmadır. Bəzən əksəriyyət xaricdən idxal edilmiş hibrid məhsulları almağa meyillidir və sağlam qidalandıqlarını sanırlar. Təssüf ki insan öz yaşadığı coğrafiya da yetişən məhsulları istehlak etməzsə burda artıq sağlam qidalanmadan da danışmağa dəyməz. Çox vaxt idmanla məşğul olan insanların əzələlərinin inkişafına dəstək üçün və sintetik zülal tozlarından və digər steroidlərdən də istifadə olunur. Bu zaman süni zülal tozları və steroidlər gələcək də onların sağlamlığına da zərərsiz ötüşmür.

Ən unikal variant idmançıların ,ən çox da ağır atletika ilə məşğul olanların qida rasionuna qırmızı ət məhsullarını əlavə etməkdir. Ən azından həftədə iki dəfə qırmızı ət məhsulları istehlak etməklə onlar,ətə qırmızı rəngi verən piqment olan mioqlobin vasitəsilə əzələlərini oksigenlə zənginləşdirmiş olurlar ki ,buda idmançılar üçün çox vacibdir. Bu eyni zamanda ürəyində oksigenlə təmin olunmasına yardımçı olur".

Ekspert bu sahədə təhsili olmayan, lakin özlərini “qida mütəxəssisi” adlandıran şəxslərin xəstələri müayinə etmədən onları kortəbii müalicə etməsi barədə də xəbərdarlıq edib.

“Qidadan anlayışı olmayan, buna uyğun təhsil almayan şəxslər özünü mütəxəssis adlandıraraq ,onlara arıqlamaq məqsədilə müraciət edən xəstələri asan yolla və tez bir zamanda müalicə etməyə çalışırlar. Əslində isə arıqlamaq istəyən pasientlər,ilk olaraq endokrinoloji müayinədən keçməlidirlər. Onların ürək qan damar sistemini, böyrəklərində kreatin səviyyəsini, mədəaltı vəzin durumunu,mədə bağırsaq sistemini və.s müayinə etdikdən sonra pasientlərə pəhriz sistemi icra olunmalı və hər xəstəyə fərdi olaraq pəhriz menyusu tərtib olunmalıdır.

Çox vaxt səriştəsiz dietoloqlar pasientlərə arıqladan çaylar , hazır süni pəhriz məhsulları məsləhət görürlər ki buda pasientlərin daha da xəstələnməsinə gətirib çıxarır. Unutmaq olmaz ki özünə mütəxəssis deyən hər bir dietoloqun və ya qida mütəxəssisinin magistr təhsili və qida kimyası haqqında bilikləri olması da vacibdir. Qida kimyasından anlayışı olmayan heç kim pasientlərə menyu tərtib edə bilməz və bu cinayət sayılır".  

Xatırladaq ki, daha sağlam və incə olmaq, boş vaxtı dəyərləndirmək, zehni tarazlığa sahib olmaq kimi səbəblərdən ötrü dünya əhalisin 33%-i ən az bir idman növü ilə davamlı şəkildə məşğul olurlar. 

 “Global Advisor” tərəfindən 29 ölkədə aparılan araşdırma zamanı bəlli olub ki, gündə təxminən 2 saat idman edilən Niderland əhalisi dünyanın fiziki cəhətdən ən aktiv ölkəsidir. Braziliya insanları isə gündə 26 dəqiqə fiziki aktivliklə məşğul olmaqla siyahının souncu pilləsində qərarlaşıblar.

Aysel Bədəlova

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Hamısı