Bayram günlərində yol qəzalarının DƏHŞƏTLİ STATİSTİKASI 16 ÖLÜ

Cəmiyyət 15:00 28.03.2022
Martın 19-dan 27-dək respublikanın avtomobil yollarında 16 yol qəzası olub. Bu qəzalar nəticəsində 16 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Xəbəri Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Adi günlərlə müqayisədə bayram tətilində adətən yol qəzalarının sayı çoxalır. Bu tendensiya demək olar ki, bütün dünyada eyni qaydada müşahidə olunur.
 
Buna səbəb nədir? 
 
Psixoloqların apardıqları araşdırma zamanı bəlli olub ki, bayram tətillərində qəzaların sayının artmasına insanların doğmalarına qovuşma arzusundan irəli gəlir. Belə ki, doğmalarının yanına tez çatmaq istəyən sürücülər yüksək sürət və yol hərəkət qaydalarını pozmaqla qəzalara yol açırlar. Bununla da ortaya dəhşətli statistika çıxır.  
 
Lakin...
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mövzu ilə əlaqədar Ednews-a açıqlaması zamanı bildirib ki, əslində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı azalıb. 
 
 
“Amma hadisələrin baş verməməsi üçün hər bir hərəkət iştirakçısından yol hərəkətində diqqətli olmaq və Yol hərəkəti haqqında Qanunun tələblərinin yerinə yetirilməsi tələb olunur ki, həm hərəkət iştirakçısı kimi özü, həm də digər hərəkət iştirakçıları rahat və fasiləsiz hərəkət edə bilsin. 
 
Yol-nəqliyyat hadisəsi idarə edilən nəqliyyatın növündən, nömrəsindən asılı deyil, onun kim tərəfindən və hansı formada idarə etməsindən asılıdır. Təəssüflər olsun ki, yol polisi əməkdaşları tərəfindən mütəmadi keçirilən profilaktik tədbirlər, inzibati tənbeh tədbirləri, eyni zamanda maarifləndirici xarakterli görüşlərin səmərəli təşkil edilməsi bəzən piyadalar və yaxud sürücülər tərəfindən qulaqardına vurulur”.
 
DYP rəsmisi bildirib ki, təkcə Bakı şəhərində piyadaların vurulması ilə qeydə alınan hadisələr çox ciddi narahatlıq doğurur. 
 
“Bu yol-nəqliyyat hadisələri yerüstü və yeraltı keçidlərin yaxınlığında baş verir. Hadisələrin baş verməsinə səbəb sürücü diqqətsizliyi və piyada səhlənkarlığıdır. Hər yüz metr ərazidə yol polisi əməkdaşının dayanıb xidmət aparmasını təşkil etmək mümkün deyil. Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələri içində piyada vurma əsasən birinci yerdə dayanır. Sonra isə yol ayrıclarını keçmə qaydaları, əks istiqamətli yol zolağına daxil olma, spirtli içkilərin təsiri ilə bağlı bir neçə hadisə də qeydə alınıb”. 
 
Vaqif Əsədov sonda sürücülərə, sərnişinlərə, piyadalara müraciət də edib.
 
“Yol-hərəkəti haqqında Qanunun tələblərini düzgün yerinə yetirin ki, özünüzün və başqa hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkəti təmin edilsin. Bu gün yol qəza hadisələrində hər bir hərəkət iştirakçılarının sağlamlığının qorunmasında məsuliyyətimizi artırmalıyıq. Ən azından yol qəza hadisələrində xəsarət alan, həlak olanlar elə bizlərdən biridir  düşüncəsi ilə bir-birimizi yol hadisələrindən qorumalıyıq”. 
 
Sürət azarkeşlərinin bayram “sərgüzəşt”i
 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bayram günlərində baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb kimi spirtli içkilərin, narkotik maddələrin təsiri altında ötmə-manevr əməliyyatlarını pozmaq, yüksək sürətlə hərəkət etmək olduğunu bildirib. 
 
 
“Təbii ki, təhlükəsizlik qaydalarının qorunmaması, təhlükəsizlik kəmərindən istifadə qaydalarına laqeyd münasibət öz ağır nəticəsini göstərir. Nə sürücü, nə də sərnişin öz təhlükəsizliyini təmin etmir və kiçik bir toqquşmada ağır nəticələr ortaya çıxır. Bayram günləri təəssüflər olsun insanlar daim harasa tələsir, rayona sürətlə gedir, tətildən tələsə-tələsə qayıdır, sürət hədini aşır. Bu psixoloji bir problemdir ya yox, bunu bilmirəm, amma yanaşmanın özü yanlışdır”. 
 
Elməddin Muradlı bildirib ki, bayram tətilində 16 insan ölümü nə qədər ağır olsa da ölkə üzrə əvvəlki illərə nisbətən aşağı göstəricidir. 
 
“Əvvəllər bayram tətillərində 20-30 nəfər, bəzən daha artıq insan həlak olurdu. Bu il yollarda qarla əlaqədar hərəkətin məhdud olması bir çox insanı tətil istəyindən vaz keçirdi, bu da yolda avtomobillərin azlığı ilə müşahidə olundu.  Bakı-Quba, Bakı-Şamaxı yolu istiqamətində hərəkətlilik olsaydı daha ağır fəsadlar ortaya çıxa bilərdi. Buradan da belə qənaətə gəlmək olar ki, bizə normal yol lazım deyil və bütün yolları qazmalıyıq, maneələr olmalıdır ki, sürücülər avtomobillərini yüksək sürətlə idarə edə bilməsinlər”.
 
Bəzən çox əminliklə deyirəm ki...
 
Ekspert yollarda xüsusilə sürücülərin səbirli və təmkinli olmalarının vacibliyi haqqında da danışıb. Onun sözlərinə görə, belə olduqda qəzalar daha az baş verər və insanlar həyatlarından məhrum olmazlar.
 
“Adi günlərin statistikasına nəzər salsaq, həftədə 20 nəfər insanın öldüyünü görərik. Bu yaxınlarda iki qəzada 7 nəfər həlak olub. Mütləq şəkildə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yol hərəkəti qaydalarını qəti şəkildə pozmaq olmaz. Bəzən insanlar buna qeyri-ciddi baxır, hətta “Qaydalar pozulmaq üçün yazılıb” deyənlərdə var. Həmin insanlar bilməlidirlər ki, belə düşündükcə onun yeri ya qəbirstanlıq ya da həbsxanadır. Dəmir barmaqlıqlar arxasında oturub düşünmək istəmirsinizsə, qaydalara əməl edin! Bunu başa düşmək, dərk etmək lazımdır”. 
 
Gülnar Səlimova
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Hamısı