"Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsi (NCDR) Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işlərinə dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır".
Ednews report-a istinadən xəbər verir ki, bunu NCDR əməkdaşı Camal Odibat bildirib.
“Biz Azərbaycanın azad olunmuş ərazilərindəki mövcud problemləri, o cümlədən minatəmizləmə məsələlərini yenicə tədqiq etməyə başlamışıq. Bu sahədə İordaniya ilə Azərbaycan arasında uzun illərdir əməkdaşlıq qurulub” – deyə o qeyd edib.
Xatırladaq ki, 31 mart - 1 aprel tarixlərində Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” beynəlxalq konfransının iştirakçıları bu gün Ağdama gəlib.