Sumqayıt şəhəri məişət tullantıları poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun Ednews-a verdiyi məlumata görə yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Onun sözlərinə görə, hazırda mütəxəssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.