Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.
Ednews xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.