Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı müntəzəm marşrutu üzrə sərnişindaşıma hüququ üçün müsabiqə elan edib.
Ednews xəbər verir ki, iddiaçılar ilkin sənədləri 20 aprel saat 17:00-a qədər, tender təkliflərini isə mayın 2-i saat 17:00-dək DANX-ın Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə mayın 12-də göstərilən ünvanda baxılacaq.