Bakı polisində sığınacaqların mühafizəsi müzakirə edildi - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Bakı polisində sığınacaqların mühafizəsi müzakirə edildi

Cəmiyyət A- A A+
Bakı Şəhər Baş Polis İdarəsində qadın, uşaq hüquqları və onların mühafizəsi, müraciətlərin çevik həlli ilə bağlı bir qrup QHT rəhbərləri ilə işgüzar görüş keçirilib.
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıya çıxan problemlər təhlil edilib, təkliflər və sığınacaqların mühafizəsi müzakirə edilib. Görüşdə risk daşıyan şəxslərin, münaqişəli ailələrin profilaktikası ilə bağlı fasiləsiz informasiya mübadiləsinin təmin edilməsi qərara alınıb.
 
İctimai faydalı görüşdə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov, idarənin rəis müavini, bölmə rəisi və inspektorlar iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...