Gəncədə ərzaq mağazasında nöqsanlar aşkar edildi - ednews.net

23 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Gəncədə ərzaq mağazasında nöqsanlar aşkar edildi

Cəmiyyət A- A A+
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küç., ev 313A ünvanında fəaliyyət göstərən, Məmmədov Elmar Təvəkkül oğluna məxsus ərzaq mağazasında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu aşkar olunub.
 
AQTA-dan Ednews-a verilən məlumata görə, kimyəvi yuyucu maddələrlə qida məhsullarının birlikdə saxlanıldığı, qeyri-qida məhsulları ilə qida məhsullarının satışının eyni vitrində həyat keçirildiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...