Prezident təqaüdçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun(BAMF) Mədəniyyət elçisi, xanəndə Qoçaq Əsgərovun ailəsinə ağır itki üz verib. Əməkdar artistin atası Məhərrəm bəy bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm kişi əslən Füzuli rayonunun Qoçəhmədli kəndindən olub. O, öz ailəsi ilə birlikdə erməni seperatçıları tərəfindən Füzuli rayonunun işğalı səbəbilə 1993-ci ildə öz doğma yurdunu tərk etməli olub.
Məhərrəm kişi el arasında öz zəhmətkeşliyi ilə xüsusi olaraq seçilib. O, hər zaman insanlar arasında böyük nüfuza və hörmətə malik olan bir insan olub.
Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən Məhərrəm bəy bu gün günorta saatlarında haqqın dərgahına qovuşub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, eləcə də BAMF komandası tanınmış xanəndə Qoçaq Əsgərova atasının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, ona və ailəsinə səbr diləyir.
Allah rəhmət eləsin!