“Kapital Bank”dan növbəti ŞİKAYƏT “Yolun ortasında çarəsiz qaldım…”

Cəmiyyət 17:45 11.04.2022
Son zamanlar Kapital Bank haqqında şikayətlər durmadan artır. 
 
Ednews xəbər verir ki, hazırda müştərilər bankın istər elektron, istərsə də nağd ödəniş xidmətlərində böyük problemlər yaşayır. Eyni zamanda “qaynar xətt”in iş keyfiyyətinin aşağı olması, müştərilərin suallarının cavabsız qalması isə başqa bir dərddir.
 
İstirahət günü isə müştərilərin əsəbləri daha da tarıma çəkilib. Belə ki, Kapital Bankın ATM-lərinin işləməməsinə görə yaşanan problemlər müştərilərin ciddi narazılıqlarına səbəb olub. Şikayətçilərin sözlərinə görə, heç bir marketdə, restoranda, ticarət mərkəzində Kapital bank kartı ilə ödəniş etmək mümkün olmayıb, həmçinin “Birbank” proqramında da problem yaşanıb. 
 
Digər şikayətlər isə...
 
Kapital Bankın xidmətindən narazı olan müştərilərdən birinin sözlərinə görə, kartdan karta ödəniş edərkən onun balansından məbləğ çıxılsa da, əməliyyat uğursuzluqla nəticələnib. Banka müraciət edən müştəriyə isə bunun bank tərəfindən ancaq 3-4 günə araşdırılacağı bildirilib. 
 
“Yolda pulsuz qalan qohumuma pul yolladım və əməliyyat uğursuz oldu. Bank isə bunu 4 gün müddətinə həll edib, məbləği balansıma geri qaytardı. Bu sistemin çox biabırçı vəziyyətdə çalışdığını göstərir. Şərt mənim balansıma qayıdacaq məbləğ deyildi, həmin an köməyə ehtiyacı olanın çarəsiz qalması idi”.
 
Bank isə...
 
Yaranan problemlə bağlı “Kapital Bank”dan verilən açıqlamada bildirilib ki, yaranmış problem sistemdə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır. Lakin sözügedən bankın xidmətindən yararlanan şəxslər bankda təkmilləşdirmə işlərinin görülməsinin artıq mütəmadi xarakter aldığını deyir. 
 
Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə Ednews-a bildirib ki, ötən gün yaşanan problem bank sistemində aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.
 
 
“Kapital Bank-ın sistemində dünəndən etibarən texniki yenilənmələr və təkmilləşdirmə işləri aparıldığı üçün bəzi əməliyyatlarda müvəqqəti olaraq müəyyən məhdudiyyətlər yaranıb. Hazırda komandamız bunun üzərində işləyir və işlərin əsas hissəsi artıq həll olunub. Müştərilərimizdən bu halı anlayışla qarşılamağı xahiş edirik. Qısa zaman ərzində bütün məhdudiyyətlər tam olaraq aradan qaldırılacaq”, - deyə o, bildirib.
 
P. Sədrəddinov qeyd edib ki, təkmilləşdirmə işləri hər zaman aparılır. 
 
“Təkmilləşdirmə işləri müəyyən zaman davam edə bilər. Bu 1 saat və ya 24 saat da çəkə bilər. Digər şikayətlərlə bağlı isə müştərilər fərdi şəkildə banka müraciət etsinlər”.  
 
Qeyd edək ki, Londonda “Barclays Bank”da bankomatla bağlı texniki problem olarsa, bir müddət sonra buna görə müştəriyə kompensasiya ödənilir. Bu da insanların göstərilən xidmətdən razı qalmasına səbəb olur.
 
Nəzərə alsaq ki, Kapital Bank ölkə əhalisinin daha çox bank əməliyyatları icra etdiyi iki bankdan biridir, qurumun məsələyə daha ciddi şəkildə yanaşması daha yaxşı olardı.
 
Gülnar Səlimova
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı