Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb.
Ednews xəbər verir ki, bu haqda informasiyanı Təhsil Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir.
Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.
Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir.
Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim işləyir.