Avtobusda quraşdırılan “yalançı” monitorlar nə işə yarayır?

Cəmiyyət 13:41 16.04.2022
Təxminən 8 il əvvəl Bakıya gətirilən yeni avtobuslarda yeni monitorların quraşdırılması barədə xəbərlər var idi. Quraşdırıldı da...
 
Lakin hazırda avtobusların çoxunda bəh-bəhlə qoyulan bu monitorların demək olar ki, əksəriyyəti çalışmır və insanlara onların bir bəzək əşyası kimi olduqları təssüratı yaradır.
 
Səyahət etməyin asan olduğu bir dönəmdə demək olar ki, vətəndaşlarımızın əksəriyyəti ömründə bir dəfə də olsa vətəndən kənara ayaq basıb. Bu zaman turistin yad bir şəhərdə azmaması üçün avtobuslarda, dayanacaqlarda olan monitorların ən çətin anlarında köməklərinə çatmasının şahidi olublar. Lakin bu Bakıya səyahət edən turistlərin, həmçinin şəhər sakinlərinin ən əlçatmaz xəyallarına çevrilib.
Çünki avtobuslarda çalışan manitorlara  deyəsən nadir hallarda rast gəlmək olur. 
 
Səbəblər, həll olunmayan problemlər...
 
Bu monitorların çalışmamasına əsas səbəb isə sıradan çıxdıqları zaman təmir olunmaması göstərilir. Nəticədə isə monitorlar sıradan çıxır və sərnişinlər ondan istifadə edə bilmir. 
 
 
Bu vəziyyətdən şikayətçi olan bir oxucumuzun redaksiyaya yolladığı video materialda da yaranan problemləri açıq şəkildə görmək olur. 205 saylı  avtobusda çəkilən görüntüdə avtobusun monitorunun nasaz olması əks olunub. Əslində isə dayanacaqların adları qeyd edilən bu yazı lövhəsinin işi bizi məlumatlandırmaqdır. Belə olan halda sərnişin gedəcəyi yeri dəqiq bilmirsə kimdənsə soruşmağa məcburdur. 
Bəs, bu cihazların monitorinqi niyə aparılmır? 
 
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, proses Bakı Nəqliyyat Nazirliyinin vaxtından başlansa da indi cavabdeh qurum bu işlərə yaxşı nəzarət etmir. O, bu barədə Ednews-a açıqlması zamanı deyib.
 
“Düşünürəm ki, bu texnologiyaları yeniləmək lazımdır. Əslində onların yenilənməsi üçün kifayət qədər vəsait sərf olunub. Sadəcə, zamanında işin təməli düzgün qoyulmalı idi. Nəticə etibarilə bu gün nə etsək faydalana bilmirik. İstər avtobuslarda,istər dayanacaqlarda olan informasiya  manitorları mərkəzdən idarə olunur. Mərkəz də elə qurulmalı idi ki, orda olan mütəxəssislər on il, iyirmi il sonra oranı yenidən söküb yığmaq deyil, yeniləmək zərurəti yarada bilsinlər”.
 
Ekspertin fikrincə, bu cihazlar birbaşa Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tənzimləməli və daima nəzarətdə saxlanılmalıdır.
 
“Hazırda yol polislərin səlahiyyətinə intelektual mərkəz, BNA-ya isə  avtobuslar verilib. Zaman bu qurumların o mərkəzlərlə hansı formada əməkdaşlıq edəcəklərini  və problemlərin həllində nə kimi fəaliyyətləri olacaqlarını göstərəcək. Mənim fikrimcə, hər bir halda vahid dispetçer xidməti fəaliyyət göstərməlidir. Belə problemlərin qarşısı insan əli dəymədən mərkəzdən idarə olunan süni intelektlə alınmalıdır”.
 
 Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə BNA-nın mətbuat xidməti ilə əlaqə yaratdıq. Qurumdan bildirdilər ki, avtobuslardakı monitorlar  onların səlahiyyətində deyil və  problemlə bağlı bizə birbaşa “Baku Bus” şirkəti ilə əlaqə yaratmağımızı tövsiyyə etdilər. 
 
“Baku Bus” şirkətinin mətbuat katibi Qabil Babayev isə Ednews-a açıqlamasında monitorun yalnız həmin avtobusda işləmədiyini deyib. 
 
“08.04.2022-ci il tarixində saat 18:58-də Abbas Mirzə Şərifzadə küçəsi ilə 205 nömrəli marşrut xətti üzrə iki avtobus hərəkətdə olub. Nasazlıqla əlaqədar monitora texniki baxış keçirilib və həmin cihaz yenisi ilə əvəzlənib. Hazırda 205 nömrəli marşrut xətti üzrə hərəkət edən bütün avtobusların salonundakı monitorlar işləyir”.
 
Şirkət rəsmisi, həmçinin qeyd edib ki, avtobuslar hər gün qarajda texniki baxışdan keçirilir.
 
“Bu zaman salondakı monitorlarda yoxlanılır və onlar  daima diqqətdə saxlanılır. Gün ərzində hər hansı bir avtobusun salonundakı monitorda nasazlıq aşkarlanarsa, dərhal problemin aradan qaldırılması üçün tədbirlər görülür. Nasazlığı tez bir zamanda aradan qaldırmaq mümkün olmasa, monitor yenisi ilə əvəzlənir”.
 
Ləman Abbaslı

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Hamısı