Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi ümumi dəyəri 733 151 manatlıq tenderə yekun vurub.
Ednews xəbər verir ki, bu haqda informasiya dövlət satınalmaları portalında yer alıb.
Mənbə yazır ki, "KONEKS Construction" MMC ilə müxtəlif təyinatlı hissələr və məişət malları üçün 588 483 manatlıq müqavilə bağlanılıb.
Zibil qutuları və oturacaqların satınalınması üzrə tenderin qalibi isə "MODUL Xidmət" MMC olub. 80 oturacaq və 210 zibil qutusunun satınalınması üzrə müqavilənin dəyəri 144 668 manat təşkil edib.
Qeyd edək ki, "MODUL Xidmət" MMC daha çox dəftərxana ləzavimatlarının satınalınması üzrə tenderlərin qalibi olub.