Qubada 8 günlük "Qurtuluş bayram"ı davam edir

Cəmiyyət 20:26 19.04.2022
Qubanın dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə dağ yəhudilərin milli "Pesax bayramı" qeyd edilməyə başlayıb.
 
Ednews xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-muhafizə orqanlarının rəhbərləri, millət vəkili, həkim Anatoli Rafailov, "Azərbaycan Dağ Yəhudiləri Dini İcması"nın sədri Mixil Yevdayev, yerli sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
 
Tədbir iştirakçıları ilk öncə, Qırmızı Qəsəbədə Ulu öndər Heydər Əliyevin adını daşıyan "Mədəniyyət və istirahət parkı"nda Ulu öndərin abidəsini ziyarət ediblər, abidə önünə tər güllər düzülüb.
 
Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev çıxışında bildirib ki tolerant Azərbaycanın çoxmillətli Quba rayonunda 60 məscidlə yanaşı, yəhudilərə məxsus 2 sineqoq və dini icma da fəaliyyət göstərir. 
 
"Dağ yəhudiləri də Qubada yaşayan digər milli azlıqlar kimi mehriban qardaşlıq şəraitində həyat sürürlər. Rayon rəhbəri Birinci-ci və İkinci Qarabağ və müharibələrində yəhudi gənclərin də Azərbaycanın ərazi müdafiəsinə qalxdıqlarını bildirib və buna nümunə kimi Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun adını hörmətlə çəkib".
 
"Azərbaycan Dağ Yəhudiləri Dini İcması"nın sədri Mixil Yevdayev Bakıdan özü ilə tədbirə dəvət etdiyi yəhudi hərbçini də  tədbir iştirakçılarına təqdim edərək, milliyyətcə yəhudi olan David Sadiyevin  "Vətən Müharibəsi"ndə  könüllü iştirak etdiyini diqqətə çatdırıb. Yəhudi əsilli millət vəkili, həkim Anatoli Rafailov Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasından və bu sahədə uğur qazanmasından söz açıb.
 
Qeyd edək ki, Anatoli Rafailov Birinci Qarabağ müharibəsində həkim kimi iştirak edərək, bir çox döyüşçünün həyatını xilas edib.
 
Sonda, iştirakçılar Heydər Əliyev adına "Mədəniyyət və istirahət parkı"nda dağ yəhudilərinin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə həsr  edilmiş sərgi ilə tanış olublar. 
 
 Xatırladaq ki,  3000 ildən çox olan bu bayram həm də bir çox əfsanəvi söhbətləri özündə əks etdirir. Yusif peyğəmbərin dövründə və ondan sonrakı illərdə Misirdə yaşayan yəhudilər təşəkkül mərhələsində idi. Yusif peyğəmbərin ölümündən sonra Misirdə dəyişən firon və hakimiyyət yəhudilərin artdığını görüb, onları gözümçıxdıya salmağa başlayır. Onları qul kimi tikintidə, digər ağır işlərdə işlətməyə başlayırlar. Bundan bezen yəhudilər firona müraciət edərək, Misiri tərk etmək üçün möhlət istəyirlər. Firon razılaşır. Onlardan qısa zamanda Misiri tərk etmək tələbi qoyur. Hətta, qadınların yoğurduğu xəmirin belə turşumasını belə gözləmədən yolda yeməyə götürürlər, hazırda bayramda bişirilən qoğal simvolik olaraq, həmin xəmirdən hazırlanan yeməyi bildirir. Musa peyğəmbərin başçılığı altında böyük dəstə yola düşür. Sonradan verdiyi bu qərardan peşman olan firon, onları təqib etməyi tapşırır. Uzun yol gələn dəstə, dənizin kənarına gəlib çatmışdılar. Artıq irəli yol yox, arxadan isə fironun qoşunu çatmaq üzrə idi. Musa peyğəmbərin kənara çəkilib, qövmünün xilası üçün Allaha dua edərək, möcüzə yaratmağı istəyir. Allah Musa peyğəmbərin səsini eşidir. Ona dua edib, əsasını dənizə vurmağı tapşırır. O, belə də edir. Dəniz iki yerə ayrılır, quru yolu açılır. Dəstə keçməyə başlayır. Onlar keçdikdən sonra sular birləşməyə başlayır. Onları təqib edən fironun qoşunu suda məhv olur və yəhudilər xilas olur. Onlar indiki Sinay yarımadasında məskunlaşırlar. Ona görə də yəhudilər indi qeyd etdikləri bayramda həmin acılı günlərdə başlarına gələnləri xatırlayır, gələcək nəsillərə ötürürlər. 
 
Qeyd edək ki, yəhudilərin "Pesax bayramı" aprelin 15-dən başlayaraq aprelin 23-dək  8 gün davam edəcək. 
 
Aydın Adıgözəlov. Quba
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Hamısı