Allahverdi Bağırovun müavini: “Nə qədər həyatda varamsa o hər zaman mənim qəlbimdədir”

Cəmiyyət 13:46 22.04.2022
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dünyaya gəlməsindən 76 il ötür. 
 
Milli Qəhrəmanın doğum günündə onunla döyüşlərdə çiyin-çiyinə vuruşan, şəhid atası Əkbər Rüstəmov Ednews-a onunla bağlı xatirələrini danışıb.
 
“Allahverdi Bağırovu hələ lap gənclik illərindən tanıyırdım. Hər ikimiz idmançı idik. Yüngül atletika, voleybol ilə məşğul olurduq. Qarabağ hadisələri başlayanda birgə məsləhətləşib 1992-ci il martın 21-də batalyon yaratdıq. 845 nömrəli batalyon onun qardaşının adını daşıyırdı. Eldar Bağırovun həmin dövrdə böyük xidmətləri var idi. O, Allahverdidən öncə 1991-ci ilin oktyabr ayında qətlə yetirilib. Allahverdi Bağırovun oğlu Elşən bizim batalyonda döyüşürdü, rabitə komandasının rəisi idi. Bacısı uşaqları da bizlə bir yerdə döyüşürdü”.  
 
Daha əvvəl rota komandiri, sonra Allahverdi Bağırovun müavini olan Əkbər Rüstəmov Milli Qəhrəmanın ən böyük hərbi uğuru olan Aranzəmin döyüşündən də söz açıb.  
 
“Biz 2 saat 40 dəqiqə gedən döyüşlər nəticəsində beş kəndi - Aranzəmin, Naxçıvanlı, Pircamal, Dəhrəz kəndləri azad etdik. Onunla Xoramurtun alınmasında zamanı düşmən mövqelərinin bir-birinə birləşməsinə imkan vermədik. Allahverdi Bağırovun Xocalıdan olan əsirlərin dəyişməsi prosesində həddən artıq böyük köməyi olub. Müharibə zamanı düşmən ilə danışıb, haqqını tələb etmək çətin bir şeydir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.
 
Döyüş yoldaşı Milli Qəhrəman Allahverdi Bağırova 3 kitab həsr etdiyini də bildirib.
 
““Qalx ayağa vətən oğlu”, “Qapımı vətən döydü”, “Vətən kitabı”nda onunla bağlı xatirələrimi qələmə almışam. Allahverdi xaraktercə möhkəm və eyni zamanda mülayim insan idi. Dosta, vətənə, millətə qarşı həmişə sədaqətli olub. Nə qədər həyatda varamsa o hər zaman mənim qəlbimdədir”.
 
Xatırladaq ki, Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti məskunlaşmış Ağdamdan məcburi köçkün, Birinci Qarabağ müharibəsi veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov Birinci Qarabağ savaşında 3 oğlu ilə birgə iştirak edib və onlardan birini – on doqquz yaşlı Sənanı itirib. Güləş üzrə Əməkdar idman ustası olan Əkbər müəllim məcburi köçkünlük dövründə uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, eyni zamanda, müharibə veteranı kimi gənclər arasında tərbiyəvi iş aparıb.
 
Qeyd edək ki, Allahverdi Bağırov 1946-cı il aprel  22-də Ağdamda anadan olub. Onun 1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Aranzəmin kəndi uğrunda döyüşlərdə A. Bağırovun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.
 
Gülnar Səlimova
 
 
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Hamısı