Onlayn baş tutan tanışlıq görüşündə ilk olaraq Nobel sülh mükafatı laureatı professor Məhəmməd Yunus iştirakçıları salamlayıb.
Azərbaycanda “3 Sıfır” klublarının yaradılmasına birbaşa dəstək verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də görüşdə iştirak edib:
"Qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq yerli “3 Sıfır” klublarımız fəaliyyətlərinə davam etdilər. Bu gün kluba maraq göstərən və BAMF-ın ofisinə gələn gənclərin sayı artmaqdadır. Mən əminəm ki, yaxın zamanlarda Bakı dünya gənclərinin istinad nöqtəsinə çevriləcək".
Onlayn görüşdə “UNEC 3Zero” klubunun üzvü Xudaverdi Quliyev də çıxış edərək, klubların aktiv şəkildə fəaliyyətlərini davam etdirdiyini və üç sıfırdan ibarət dünya təşəbbüsü üçün çalışdıqlarını bildirib.
Daha sonra professor Məhəmməd Yunus Umud Mirzəyevlə olan yaxın dostluğundan və onun sosial biznes ideayasının dəstələkməsində və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsində gördüyü işlərdən də söz açıb. O, həmçinin Azərbaycanlı gənclərə təşəkkürünü bildirib. Xatırladaq ki, Nobel sülh mükafatı laureatı professor Məhəmməd Yunusun ideyası ilə dünyada böyük hərakata çevrilən “3 Sıfır” klubları 3 sıfırdan ibarət dünya yaratmaq təşəbbüsünü ehtiva edir.
Ötən il ölkəmizdə BAMF-ın dəstəyi ilə UNEC, ADA və Xəzər universitetlərinin “3 Sıfır” klubları yaradılıb.