Qarabağın simvolu sayıılan Xarıbülbül artıq çiçək açıb.
Ednews xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin facebook səhifəsində məlumat verilib.
Xatırladaq ki, dünyada əsasən Qafqazda, Qərbdə Anadolunun şimal-şərqində (Trabzon) rast gəlinən bu bitki növü Azərbaycanda əsasən Şuşa və ətraf ərazilər, Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı,Kiçik Qafqazın cənub rayonlarında yetişir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.