Göygöldə 15 gənc idmançının zəhərlənməsi hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı AQTA yayıb. Mənbə qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
*10:11
Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.
Ednews xəbər verir ki, bu haqda informasiyanı Göygöl rayon prokurorluğu yayıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.