“Bildiyiniz kimi, Azərbaycanda “Sputnik” agentliyi fəaliyyət göstərir və onun rəhbəri Marqarita Simonyandır. Bu kanal ümumiyyətlə Azərbaycanda dezinformasiyaların yayılması ilə məşğuldur”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
Deputat qeyd edib ki, buna rəğmən sözügedən kanal hələ də fəaliyyət göstərir:
“Üstəlik onun rəhbərliyinə Abzaxiya və cənubi Osetiyada fəaliyyət göstərmiş polkovnik gətirilib. Hesab edirəm ki, bu agentlik Azərbaycanda ümumiyyətlə fəaliyyətini dayandırlmalıdır”.
Vüsalə Balayeva