«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində seminar-təlimlər davam edir.
Ednews xəbər verir ki, Sumqayıt Dövlət Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə Kərimovanın təqdimatında “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı şöbəsinin müdiri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin təqdimatında “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti” mövzuları istiqamətində təlimlər keçirilib.
Qeyd edək ki, ilk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində 65 tələbəyə təlim keçilib.
Növbəti təlimlərin Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılır.