BAMF-da "Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” beynəlxalq konfransına hazırlıq” layihəsi çərçivəsində tədbir keçirildi

Cəmiyyət 16:20 29.04.2022
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən ““Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” beynəlxalq konfransına hazırlıq” layihəsi çərçivəsində tədbir keçirilib. 
 
Ednews xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev əvvəlcə Azərbaycanın mina probleminin aktuallığından söz açıb. O, qeyd edib ki, Azərbaycan mina və müharibənin partlayıcı qalıqlarından ən çox əziyyət çəkən ölkələr sırasındadır. 
 
“Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıdışı Azərbaycanın əsas prioritetlərindəndir. Həmin ərazilərin dağıdılması, viran və talan edilməsi, yandırılması, ekoloji terrora məruz qalmasıyla yanaşı, ərazilər başdan-başa minalanıb və qadağan olunmuş hərbi sursatlarla çirkləndirilib. Müharibə bitsə də gözəgörünməz düşmənlə mübarizə davam etməkdədir. Vətəndaş cəmiyyəti qurumu olaraq BAMF 2000-ci ildən BMT-in İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda həyata keçirilən Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulub”.  
 
Daha sonra çıxış edən Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev bildirib ki, hər bir mina bir insan həyatıdır. Qeyd edək ki, Azərbaycanda ən böyük veteran təşkilatlarından birinin rəhbəri olan Mehdi Mehdiyev özü minadan zərərçəkən şəxslərdəndir və hazırda mina təmizləyən olaraq çalışır. O, bu gün Qarabağda mülki infrastrukrur, əkin sahələri və hərbi obyektlərdə aparılan mina təmizləmə işləri barədə məlumat verib. Onun sözlərinə görə daha təhlükəli sahələr arx içi, dağ yamacları, su hovzələridir. Bu ərazilər bir müddət sonra torpaqla örtülür, həmçinin bəzi yerlərdə torpaq yumşaldığı üçün mina daha dərinə gedir və təmizlənməsi illər aparır.
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu prosesdə hər kəs iştirak etməlidir. O, beynəlxalq ictimai qınağın yaradılması üçün təkliflə çıxış edib.
 
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni Beynəlxalq Avrasiya Mətbuat Fondunun vətəndaş cəmiyyəti təşkilatı olaraq mina təhlükəsizliyi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin QHT Agentliyi tərəfindən göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.  
 
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri Hafiz Səfixanovun sözlərinə görə minalar əvəzolunmaz silahdir. O, hərbi məqsədə xidmət edən minaların mülki əhaliyə qarşı istifadəsinin beynəlxalq konvensiyalara zidd olduğunu xüsusi vurğulayıb.
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin bir hissəsi də mina təhlükəsizliyinə həsr olunub. 
 
“Harada müharibə olubsa, orada mina var. Məsələn, Əfqanıstanda, Pakistanda, Afrikanın şimal ölkələrində olduğu kimi. Mina təmizləmə sahəsində təcrübənin əldə olunmasına, insanlar arasında maarifləndirmə sahəsində ciddi işlərin aparılmasına ehtiyac var. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, hər zaman gözlənilməz hadisələr baş verə bilər. Doğrudur, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində danışıqlar gedir, amma Ermənistandan mina xəritələrinin alınması tezləşdirilməlidir”.
 
İTD İB-nin rəhbəri Cəsarət Hüseynzadə minatəmizləmə kampaniyasında vətəndaş cəmiyyətinin fəal rol oynadığını deyib. O, maarifləndirmə çarxlarının hazırlanib televiziya efirlərində nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.  
 
"Zərif" qadın ədəbi məclisinin sədri, şairə Xatirə Fərəcli bu məsələdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyini yüksək qiymətləndirib. Mina qurbanlarına həsr olunan bədii filmin çəkilməsi təklifi ilə çıxış edib.
 
Qeyd edək ki, layihənin əsas məqsədi mina təhlükəsi ilə mübarizədə aktiv fəaliyyət göstərən ölkələrin, beynəlxalq təşkilatların diqqətini Azərbaycanın mina probleminə yönəltmək, ölkəmizin qarşılaşdığı bu bəlanın qısa zamanda həllinə dəstək verməkdir. 
 
Tədbirdə layihə çərçivəsində BAMF tərəfindən hazırlanan Azərbaycanın mina problemi ilə bağlı iki dildə çap olunan qısa broşur və layihənin yekun hesabat bülletini təqdim olunub. 
 
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları, tanınmış vətəndaş cəmiyyəti və media qurumlarının nümayəndələri iştirak edib. Tədbir iştirakçıları BAMF-ın həyata keçirdiyi layihənin əhəmiyyətini və icrasını yüksək qiymətləndiriblər.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı