“Şuşa şəhəri Qarabağda həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün vacib məkana çevrilib”.
Ednews xəbər verir ki, bu sözləri Şuşa rayonu üzrə Prezidentin Xüsusi Nümayəndəsi Aydın Kərimov “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, tədbir Qafqazda sülh və stabilliyin güclənməsinə və regional inkişafa öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Aydın Kərimov tədbir iştirakçılarına şəhərdə görülən işlər haqqında onlara ətraflı məlumat verib.