Xəbər verdiyimiz kimi may ayının 7-də Xalq şairi Musa Yaqubun İsmayıllının Buynuz kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı olub.
Ednews xəbər verir ki, mərasimdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bununla bağlı şəxsi "facebook" hesabında paylaşım edib.
"07 May Azərbaycanın xalq şairi, ustad Musa Yaqubu Buynuzda ölümünün ildönümü günü Azərbaycan Yazıçılar Birliyinin Sədri Anar, katibləri Rəşad Məcid ,Elcin Hüseyinbəyli , şair Zakir Fəxri və akademik Akif Musayevlə birlikdə yad etdik. Ustadın anım gününə axışan insan seli onun poeziyasına bitib tükənməyən xalq məhəbbətindən xəbər verirdi. Allah Sizə rəhmət eləsin, Ruhunuz şad olsun, Böyük Şair!"-deyə U. Mirzəyev paylaşımda qeyd edib.
Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb. O, 7 may 2021-ci ildə yaşadığı Buynuz kəndində vəfat edib.