Deputat: “Xarıbülbül” festivalı ruhumuzun qələbəsi olmaqla yanaşı, bütün azərbaycanlıların şərəf bildiyi bir hadisəyə çevrildi

Cəmiyyət 18:08 13.05.2022
“Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 32 illik işğaldan sonra ikinci dəfə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan xalqının tolerantlığının, multikulturalizm dəyərlərinə sadiqliyinin nümayişi, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Şuşanı azad etməsi “Xarıbülbül” fes­tivalının yenidən keçirilməsi ənənəsini dirçəltməyə imkan yaratdı. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxış etdiyi, xalq və klassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha bütün dünyaya öz birgəliyini nümayiş etdirdi.  Bu gün bu festivalın keçirilməsi isə onu xarakterizə edir ki, ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.”
 
Bu fikirləri Ednews-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
 
A.Məmmədov qeyd edib ki, cənab Prezidentin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi və “Xarıbülbül” festivalını bərpa etməsi ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biridir: “Xarıbülbül” festivalı mədəniyyət, mənəviyyat baxımından ruhumuzun qələbəsi olmaqla yanaşı həm də siyasi baxımdan da bütün azərbaycanlıların şərəf bildiyi bir hadisəyə çevrildi. 1992-ci ilin mayın 8-nin yəni Şuşanın işğalının necə kədərli və ağır olduğunu hamımız bilirik. Azərbaycan və azərbaycanlılar 28 il Şuşasız yaşasa da bir gün də mənən Şuşasız olmadı. Düşmən Şuşada daşı-daş üstündə qoymadı, at oynatdı, yallı getdi, amma bir həqiqəti unutdu- Müqəddəs bir yurdun övladları bu namərdliyi düşmənə bağışlamaz. Necə ki, bağışlamadı. Müzəffər Ali Baş Komandan qüdrətli ordusu və dəmir yumruğu ilə bu meydanı işğalçıya dar etdi. Beləliklə, 2020-ci ilin noyabrın 8-də Şuşanın işğalçılardan azad olunması bütün acıları unutduracaq tarixə çevrildi.”
 
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayıb: “Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Qarabağımızın mirvarisi Şuşa şəhəri mədəni, mənəvi ruhunu özünə qaytarır. Gün-gündən çiçəklənən tarixi şəhərimiz təkcə Azərbaycanın deyil, Qafqazın mərkəzinə çevrilir. Azadlığına qovuşandan qısa zaman sonra, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa mühüm tədbirlərin ev sahibi olmaqla yanaşı, beynəlxalq toplantıların keçirildiyi məkan kimi də dünyada məşhurlaşıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il musiqi festivalının açılışında qeyd etdiyi kimi, xalqımız bu günü 30 il səbirsizliklə gözlədi,  heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı,  nəyin bahasına olursa-olsun  ərazilərimizin işğalçılardan azad ediləcəyinə tam əmin idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda mədəniyyət paytaxtımızdan bütün dünyaya bir daha sülh mesajları ötürüldü. Bu Azərbaycanın dünyaya birlik, bərabərlik və multikulturalizm mesajı idi. Bununla bir daha göstərildi ki, Azərbaycan bütün insanlara, millətlərə öz torpaqlarında bir qübbənin altında bərabər, xoşməramla, sevgiylə, məhəbbətlə, qarşılıqlı hörmətlə yaşamağa imkan verən bir dövlətdir.”
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı