Azərbaycanın ilk peşəkar boksçusu ,“Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov haqqında sənədli filmin təqdimat mərasimi keçirilib.
Ednews xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev filmin ərsəyə gəlməzində əziyyəti keçən hər kəsə təşəkkür edib: "Azərbaycan bu cür kişilər güclüdür. Azərbaycanın “dəmir yumruğu” bu cür kişilərlə zərbini göstərib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”
Azərbaycanın ilk peşəkar boksçusu, peşəkar boks üzrə yeganə dünya cempionu, eləcə də Avropa cempionu, Azərbaycanın ləyaqətli oglu Fariz Məmmədovun həyatına "MOTİVATOR" un həsr etdiyi sənədli filmi " Park cinema"da böyük məmuniyyətlə seyr etdiyini bildirən Umud Mirzəyev bu barədə Facebook sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
U. Mirzəyev qeyd edib ki, gənclərimiz üçün örnək ola biləcək Fariz Məmmədovun həyat hekayəsi böyük məharətlə lentə alınıb.
“Sinemada təqdimata qatılanların sayı da yetərincə idi. Böyük bir anşlaq varıydı. Ölkənin ünlü sənət adamları, ictimai xadimləri, ziyalıları, peşəkar idmançıları bir arada idilər. Hər kəsin burada kecən vaxtından məmnun olduğu hiss edilirdi. Farizin dostları, tədbirdə iştirak edənlər ustad sənətkarımız Alim Qasımovun təbirincə desək, sanki onu özləri üçün yenidən kəşf etmişdilər. MOTİVATORun uğuru da məhz bunda idi. Uğurlarınız bol olsun, əziz dostlar!”, - deyə o, bildirib.
Tədbirdə Xalq artisti Alim Qasımov, "Qəbələ" idman klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, boksçunun yaxın dostları və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, “Motivator Azerbaijan” layihəsinin müəllifi olduğu, “Park Cinema Flame Towers”də təqdim olunan "Fariz boxer" filmi Fariz Məmmədovun həyatı və uğur hekayəsindən bəhs edir.