Toy sahiblərinin işini asanlaşdıracaq yeni üsul “TOYPAY”dan İSTİFADƏ QAYDASI

Cəmiyyət 14:03 15.05.2022

Toylarda pul yığımını artıq elektronlaşdırılmış yeni üsulla həyata keçirən aparat barədə yayılan məlumatlar insanlar tərəfindən böyük maraqla qarşılanıb. Toy məclislərində ev sahibinin qarşılaşdığı çətinlikləri və qayğıları nəzərə alsaq, bu yenilik faydalı olacaq. Bundan öncə toya qədərki hazırlıqlar və toy məclisindən sonra hədiyyə ödənişi konvertlə salınırdı. Yığılan vəsaitin qeydiyyatını, haqq-hesabını aparmaq üçün isə ev yiyəsi ayrıca bir etibarlı adamına bu işi tapşırmalı olurdu və bəzən buna görə problem yaşanırdı. İndi isə bunu toy sahibinin əvəzinə terminal görəcək.

“TOYPAY” şirkətinin direktoru Elşən Quliyev Ednews-a açıqlamasında elektron terminallar və proqram təminatı ilə danışarkən bildirib ki, yeni elektron terminallar toy məclislərində hədiyyə ödənişlərin yığımını asanlaşdıran müasir üsuldur. O, bu ideyanı komandası ilə birgə, ev sahibinin toy boyu yaşadığı stressin qarşısını almaq üçün ərsəyə gətiriblər.

"“TOYPAY” şirkəti tərəfindən təqdim edilən bu xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi könüllülük prinsipinə əsaslanır. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək”.

Şirkət rəhbəri bildirib ki, terminallarda aparılan əməliyyat üzrə heç bir faiz və ya komissiya haqqı nəzərdə tutulmur.

“Terminallar vasitəsilə ödəniş edildikdə heç bir vergi tətbiq olunmur və bu səbəbdən çeklər vasitəsilə ƏDV qaytarılmır. Başqa sözlə, bu gün qutulara vergi tətbiq edilmədiyi kimi terminala da tətbiq olunmur. Bu baxımdan, terminalın heç bir fərqi yoxdur. Amma gələcəkdə məsələ ilə bağlı hər hansı dəyişiklik olsa, biz də qanuna əsasən hərəkət edəcəyik”.

O, həmçinin əlavə edib ki, əgər bu terminallarla yalnız toyun keçirildiyi məkanda ödəniş etmək mümkün olacaqsa, şirkətin istifadəyə verəcəyi mobil tətbiq vasitəsilə toylara pulun yazılması prosesi nağdsız və məsafəli şəkildə də həyata keçiriləcək.

E. Quliyev yaradıcısı olduğu şirkətin layihəsi olan “TOYPAY”dan istifadə məsələsinə toxunub. Bildirib ki, yeni üsul ahıl yaşda insanlar arasında sınaqdan keçirilib və hazırda real toyda elektron terminallardan istifadə olunur. O, həmçinin bu gün bunun kart sistemi ilə deyil, nağd ödənişlər şəklində həyata keçirildiyini bildirib.

Qeyd edək ki, terminalların toy məclislərinin keçirildiyi toy zallarının foyesində yerləşdirilməsi nəzərdə tutulur. “Toypay” ilə pul yazdırmaq istəyən qonaq, terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN – red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir. Əgər məclis zamanı kimsə “qız evi” olduğu təqdirdə yalnışlıqla “oğlan evi” bölməsini seçsə, toy sahibi tənzimləmələr bölməsindən həmin əməliyyatı asanlıqla redaktə edə bilər. Terminalın yaddaşında saxlanılan məlumatlar, yəni video-təbrik mesajları, toy məclisinin siyahıları məclis bitdikdən sonra yaddaş kartı vasitəsilə, həmçinin email vasitəsilə toy sahibinə təhvil verilir. Bundan sonra isə onların yaddaşı sıfırlanır və terminalda keçən toyla bağlı heç bir məlumat qalmır. 

Gülnar Səlimova

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Hamısı