Abşeronda zavodun ərazisində yanğın baş verib - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Abşeronda zavodun ərazisində yanğın baş verib

Cəmiyyət A- A A+

Abşeronda zavodun ərazisində yanğın olub.

Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb. Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Ceyranbatan yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...