Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobil piyada keçidi ilə yolu keçən 1986-cı il təvəllüdlü Məmmədova Xəyalə İsa qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.