50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək - RƏSMİ - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək - RƏSMİ

Cəmiyyət A- A A+
Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.
 
Ednews "trend"ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisində jurnalistlərə deyib.
 
O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşüb.
 
“Hesab edirəm ki, bizim gənc mütəxəsislərimizin həm İsraildə, həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq”, - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...